Ana və 4 uşağı ölü tapıldı - Ata itkin düşdü

14:16 - 26 Dekabr 2023

Ana və 4 uşağı ölü tapıldı - Ata itkin düşdü

Fransanın paytaxtı Paris yaxınlığındakı binada 5 nəfərin cəsədinin tapıldığı bildirilib.

    

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, Fransa mətbuatda yer alan xəbərə görə, Haiti əsilli qadın və 4 uşağının cəsədi dünən gecə Parisdən 41 kilometr uzaqlıqdakı Miux şəhərində bir binada tapılıb.

Şəhər Prokurorluğu hadisə ilə bağlı yaydığı press-relizdə evə məcburi giriş əlamətinin olmadığını və 33 yaşlı atanın axtarışda olduğunu bildirib.

Həyatını itirənlərdən birinin 8 aylıq körpə, digər uşaqların isə 2, 4 və 7 yaşlarında olduğu bildirilib.

Prokurorluq hadisə ilə bağlı cinayət işi açıb.

Hadisə baş verən axşam saatlarında binanın dəhlizlərində qan izləri tapan qonşu polisə xəbər verib.

Polis tərəfindən axtarışa verilən atanın psixoloji problemlərinin olduğu və əvvəllər də həyat yoldaşına qarşı zorakılıq etdiyi bildirilib.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin