Geofiziklərdən xəbərdarlıq: "Erzincan, Tokat və Sivas ətrafındakı..." - FOTO

12:12 - 26 Dekabr 2023

Geofiziklərdən xəbərdarlıq:

Türkiyədə Fəlakətlərə Nəzarət və Tədqiqat Mərkəzinin əməkdaşları bir qrup geofiziklə fevralın 6-da baş verən zəlzələnin Şərqi və Cənubi Anadoluya təsirini araşdırıblar.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, aparılan tədqiqatlarda sonra Erzincan, Tokat və Sivas ətrafındakı qırılmalarda gərginliyin artdığı məlum olub. Geofiziklər baş verə biləcək seysmik aktivliyə diqqət çəkərək fəlakətin Şimali Anadoluda da yaşana biləcəyini qeyd ediblər.

Tədqiqat Mərkəzinin direktoru İskəndər Dölek Türkiyənin zəlzələ ölkəsi olduğunu bir daha xatırladıb:

"6 fevral Kahramanmaraş mərkəzində baş verən təbii fəlakətdən sonra zəlzələ gündəmimizi zəbt etməyə başladı. Son 8-9 ayda gündəm bu mövzularla doludur. Türkiyədə zəlzələ baş verəndə təəccüblənənlərə mən də təəccüblənirəm. Zəlzələlər həyatımızın normal hissəsi olmalıdır və biz bununla yaşamağı öyrənməliyik".

Dölek çoxmərtəbəli binaların inşaasının qarşısının alınmasını, binaların düzgün yerdə düzgün tikilməsinə diqqət yetirilməli olduğunu da vurğulayıb. 

Kahramanmaraşda baş verən zəlzələlərdən öyrəndilən ən vacib şeyin "Zəlzələ öldürmür, bina öldürür" deyimi olduğunu qeyd edib.

"Əgər düzgün torpaqda düzgün bina inşa edirsənsə, zəlzələ təhlükə yaratmaqdan uzaq olan təbii prosesin içində baş verən yalnız bir seysmik fəaliyyət olaraq qalır" - deyə, Dölek bildirib.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin