Şuşada məktəb fəaliyyətə başlayacaq - Əmrullayev

19:35 - 6 Sentyabr 2023

Şuşada məktəb fəaliyyətə başlayacaq - Əmrullayev

Bu tədris ilində Şuşada məktəb fəaliyyətə başlayacaq.

 

Manset.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, əhalinin oraya köçürülməsi plana uyğun keçirilir.

“Müəllimlərin yerləşdirilməsi prosesi gedir. Məktəbin ikinci yarımildən fəaliyyətə başlaması daha real görünür. Lakin daha tez də ola bilər”,- deyə nazir əlavə edib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edir.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin