Rusiya Ukraynanın iki şəhərini atəşə tutub - Ölən və yaralananlar var

20:55 - 27 İyun 2022

Rusiya Ukraynanın iki şəhərini atəşə tutub - Ölən və yaralananlar var

Rusiya hərbçiləri Ukraynanın Xarkov və Kremençuk şəhərlərini atəşə tutub.

Manşet.az xəbər verir ki,  Xarkovun atəşə tutulması nəticəsində 4 nəfər ölüb, daha 19 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var. Bu rəqəmlərin ilkin məlumat olduğu deyilir.

Rusiya hərbçilərinin həmçinin Kremençuk şəhərində mindən çox insanın olduğu ticarət mərkəzinə raket zərbəsi nəticəsində azı 10 nəfər həlak olub, daha 40 nəfər yaralanıb.

Hücum yanğınla nəticələnib. Yanğının sahəsi 10 min 300 kvadratmetrdir. Onun söndürülməsinə 115 yanğınsöndürən və 20 texnika cəlb olunub.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin