Toyda bəy dostunu elə özünün hədiyyə elədiyi tapança ilə vurdu - VİDEO

23:22 - 24 İyun 2022

Toyda bəy dostunu elə özünün hədiyyə elədiyi tapança ilə vurdu - VİDEO

Toy zamanı bəy təsadüfən dostunu elə özünün hədiyyə elədiyi tapança ilə vurub.

Manşet.az xəbər verir ki, faciə Hindistanda yaşanıb.

Bildirilir ki, Maniş Madheshiad adlı bəy mərasim zamanı dostunun verdiyi silahı alıb və yelləyərək camaata nümayiş etdirib. Bu zaman onun barmağı təsadüfən tətiyə dəyib və güllə dostuna dəyib.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hazırda Maniş həbs edilib. Ona qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Mərhumun ailəsi Manişi bağışlamaq fikrində olmadığını deyib.

 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin