“Bavariya”da Levandovskini superulduz əvəz edə BİLƏR

09:21 - 24 İyun 2022

“Bavariya”da Levandovskini superulduz əvəz edə BİLƏR

Beşqat “Qızıl top” sahibi portuqaliyalı Kriştianu Ronaldu “Mançester Yunayted”dən “Bavariya”ya keçə bilər.

 

Manset.az xəbər verir ki, Münhen klubu 33 yaşlı hücumçu Robert Levandovskinin itkisini Ronaldunun alınması ilə kompensasiya etməyi düşünür.

Polşalı futbolçu bu yay “Bavariya”dan ayrılmaq istədiyini daha əvvəl bildirmişdi.

Portuqaliyalının kuboklar uğrunda mübarizədə layihənin “perspektivsizliyinə” görə “Mançester Yunayted”dən ayrılmağı düşündüyü barədə dünən İspaniya KİV-də məlumat yayılmışdı.

2021/2022 mövsümündə Ronaldu “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 24 qol vurub və üç məhsuldar ötürmə edib. “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilər.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin