Rusiya Luqanskda məktəbi vurdu - 60 ölü+DƏHŞƏT VİDEO

20:26 - 8 May 2022

Rusiya Luqanskda məktəbi vurdu - 60 ölü+DƏHŞƏT VİDEO

Rusiya qüvvələri Ukraynanın Luqansk vilayətinin Biloqorivka kəndində məktəbi vurub.

Manset.az xəbər verir ki, bunu vilayətin qubernatoru Sergey Qayday teleqram hesabında açıqlayıb.

O bildirib ki, məktəb hava hücumu nəticəsində dağıdılıb, məktəbin bunkerində olan 60 nəfər ölüb:

“Mayın 7-də Biloqorivka kənd məktəbinə edilən hava hücumunda bina dağılıb və yanğın baş verib.

Yanğın 4 saatlıq çalışmalardan sonra söndürülüb. Yeddisi yaralı olmaqla, 30 nəfər dağıntılar altından çıxarılıb. Böyük ehtimalla, dağıntılar altında qalan 60 nəfər həyatını itirib”.

Bundan başqa, Qayday Rusiya qüvvələrinin hava hücumu nəticəsində Şipilovo kəndində ikimərtəbəli yaşayış binasının dağıldığını, dağıntılar altında 11 nəfərin qaldığını bildirib.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin