“Firəngiz Rəhimbəyovaya tək mən yox, hamı vurulurdu”

19:20 - 22 Yanvar 2024

“Firəngiz Rəhimbəyovaya tək mən yox, hamı vurulurdu”

“Tək mən yox, hamı vurulurdu ona. Gizlincə ürəyimdən keçirdi ki, Ay Allah, nə olardı bu da məni sevəydi”.

 

Manset.az xəbər verir ki, bu sözləri ARB-nin efirində yayımlanan verilişlərdən birində mərhum sənətçi Firəngiz Rəhimbəyova haqqında danışarkən Xalq artisti Valeh Kərimov deyib.

“O, respublikanın tanınmış sənətçilərindən idi. Onsuz da gözəl idi, amma güləndə-danışanda lap gözəl olurdu. Müasir geyimli, müasir qadın idi. Bizim birgə oynadığımız rol ona çox yaraşırdı. Elə bil ona yazılmışdı. Hərdən uzaqdan gəlirdi gülə-gülə. Elə yadda qaldı Fira”, - deyə Xalq artisti bildirib.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin