Putin Ukraynaya Milad "sürpriz"i hazırlayır - General DANIŞDI

07:00 - 26 Dekabr 2023

Putin Ukraynaya Milad

"Rusiya hücuma keçməyə qərar verərsə, Ukraynanın Milad bayramını məhv edə bilər".

 

Manset.az  publika.az-a istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin keçmiş rəhbəri, Avropa Parlamentinin üzvü və istefada olan general Riho Teras "ERR TV və Radio"ya bildirib.

O, "Ukraynanın gücü tükənmək üzrədir. Rusiyada da o qədər çox şey yoxdur, ancaq Milad hücumu üçün bu kifayət edə bilər" deyib.

Teras hesab edir ki, Moskva Ukraynaya hərbi təzyiqi əhəmiyyətli dərəcədə artırıb və qarşıda iki çox vacib həftə var. Onun fikrincə, əgər cəbhə dağılsa və Rusiya hansısa böyük məskunlaşma ərazisini tutsa, bu, bütün dünyaya pis siqnal olacaq.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin