“Neftçi” Emin Mahmudov problemini HƏLL ETDİ

22:45 - 29 İyun 2023

“Neftçi” Emin Mahmudov problemini HƏLL ETDİ

“Neftçi” yarımmüdafiəçi Emin Mahmudovla yeni müqavilə imzalayacaq.

 

Manset.az xəbər verir ki, tərəflər arasında uzun müddətdir, davam edən danışıqlar müsbət nəticə verib.

Azərbaycan millisinin üzvü yaxın günlərdə yeni sözləşməni imzalayacaq.

Xatırladaq ki, 2018-ci ilin sentyabrından “ağ-qaralar”ın formasını geyinən 31 yaşlı müdafiəçinin müqavilə müddəti başa çatıb. Tərəflər maliyyə məsələlərində ortaq məxrəcə gələ bilmədiyi üçün danışıqlar uzanırdı. Bu səbəbdən Mahmudov “Neftçi”nin Rusiyanın Sanki-Peterburq şəhərindəki təlim-məşq toplanışına gedən heyətinə daxil edilməyib.

Qeyd edək ki, E.Mahmudov ötən mövsüm Azərbaycan Premyer Liqasında 37 oyun keçirib, 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. (Oxu.az)


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin