“Real Madrid”in yeni kapitanları bəlli oldu

22:12 - 29 İyun 2023

“Real Madrid”in yeni kapitanları bəlli oldu

İspaniyanın “Real Madrid” klubu yeni kapitanlarını açıqlayıb.

 

Manset.az xəbər verir ki, rəhbərlik əsas kapitanla yanaşı, 3 vitse-kapitan müəyyənləşdirib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Kərim Benzemanın gedişindən sonra sarğı müdafiəçi Naço Fernandesə tapşırılıb.

Luka Modriç ikinci, Dani Karvahal üçüncü, Toni Kroos isə dördüncü kapitan kimi təsdiqlənib.

Xatırladaq ki, Madrid təmsilçisi ötən mövsüm İspaniya Liqasında ikinci yeri tutub.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin