Azərbaycan atıcıları üçün uğursuz gün

20:48 - 29 İyun 2023

Azərbaycan atıcıları üçün uğursuz gün

Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən 3-cü Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə sürətli atəş açmada qüvvəsini sınayıb.

 

Manset.az xəbər verir ki, ikiqat Avropa çempionu təsnifat mərhələsinin birinci günündə 6-cı yeri tutub.

Snayper 300 mümkün xaldan 292-ni toplayıb.

Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova isə trap yarışlarına start veriblər. İdmançılar təsnifat mərhələsinin 1-ci günündə uğursuz çıxış ediblər. 30 idmançı arasında Aydan Camalova 75 hədəfdən 68-ni dəqiq nişan almaqla 19-cu, Ülviyyə Eyvazova isə 64 dəqiq atəşlə 27-ci yeri tutub.

Həm Lunyov, həm də qadın atıcılar iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə mübarizə aparacaqlar.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin