Daha bir ulduz ərəblərlə anlaşdı - RƏSMİ

22:59 - 28 İyun 2023

Daha bir ulduz ərəblərlə anlaşdı - RƏSMİ

“Çelsi”nin qapıçısı Eduard Mendi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

 

Manset.az xəbər verir ki, 31 yaşlı qapıçı “Əl Əhli” klubuna keçib. Bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Əl Əhli” seneqallı qolkiper üçün “Çelsi”yə 17 milyon avro təzminat ödəyib. Təcrübəli “əlcək sahibi” yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Çelsi” Eduard Mensini 2020-ci ilin yayında “Renn”dən transfer etmişdi. Seneqal millisinin üzvü son mövsümdə Londpn təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb. O, 2021-ci ilin ən yaxşı qapıçısı seçilib.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin