Salyanda 22 yaşlı gənc bıçaqlandı

00:10 - 6 May 2023

Salyanda 22 yaşlı gənc bıçaqlandı

Salyanda 22 yaşlı gənc bıçaqlanıb.

 

Manset.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında H.Əliyev adına parkda qeydə alınıb.

Belə ki, Salyan şəhəri, Tale Davudzadə küçəsi, 132 ünvanında yaşayan Quliyev Keran İntiqam oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal cərrahiyyə blokuna qaldırılaraq əməliyyat olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu deyilir.

K.Quliyevin tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin