Şimali Koreya ABŞ-ı müharibə ilə HƏDƏLƏDİ

12:37 - 2 Fevral 2023

Şimali Koreya ABŞ-ı müharibə ilə HƏDƏLƏDİ

Şimali Koreya ABŞ-ın mümkün hərbi əməliyyatına nüvə silahı da daxil olmaqla total müharibə prinsipi çərçivəsində cavab veriləcəyini bəyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

“Koreya yarımadasında və regionda hərbi və siyasi vəziyyət ABŞ və onun müttəfiqlərinin ehtiyatsız münaqişə tərəfdarı manevrləri və düşmənçilik hərəkətləri nəticəsində qırmızı xəttə çatıb”.

Açıqlamada ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Seula səfərinə də toxunularaq, “Bu, ABŞ-ın Koreya yarımadasının böyük bir müharibə arsenalına və kritik bir müharibə zonasına çevrilməsi ilə nəticələnəcək təhlükəli ssenarisinin güclü göstəricisidir”  - deyilib.

Manşet.az


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin