SON DƏQİQƏ! Məşhur Xalq artisti vəfat etdi - FOTO
30 Aprel 2024
22:17 - 5 İyul 2022
Rusiyada həbs edilən amerikalı qadın basketbolçu Brittni Qriner ABŞ Prezidenti Co Baydenə göndərdiyi məktubda kömək istəyib və bir daha evə dönməyəcəyindən narahat olduğunu bildirib.
Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, Qrinerin meneceri Lindsi Kaqava verdiyi açıqlamada məktubun bazar ertəsi Baydenə göndərildiyini və əksər hissəsinin məxfi qalacağını deyib.
“Rusiyada həbsxanada olduğum müddətdə təkəm və həyat yoldaşım, ailəm, dostlarım və uğurlarımdan məhrumam. Mən əbədi burada qalacağımdan narahatam”, - məktubda qeyd olunub.
Qriner Baydendən onu xilas etmək üçün əlindən gələni etməsi üçün yalvararaq, “Məni vətənə qaytarmaq üçün əlinizdən gələni edin. Mən 2020-ci ildə ilk dəfə səs verdim və sizə səs verdim. Mən sizə inanıram. Sizin köməyinizlə geri alacağım azad həyatımda daha yaxşı uğurlar qazanacağıma inanıram. Həyat yoldaşım üçün darıxıram. Ailəm üçün darıxıram. Komanda yoldaşlarım üçün darıxıram. Onların əziyyət çəkdiyini bilmək məni öldürür” yazıb.
Amerika Qadınlar Basketbol Liqasında (WNBA) “Phoenix Mercury” və WNBA-ya fasilə verilən zaman Rusiyanın “UMMC Ekaterinburq” klubunda oynayan 31 yaşlı Qrinerin Rusiyanın Şeremetevo hava limanında aparılan axtarışda çamadanından çətənədən əldə edilən yağ tapılıb.
Sözügedən cinayətə görə ona 10 ilə qədər həbs cəzası nəzərdə tutulduğu bildirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin