ABŞ Kiyevdəki səfirliyinin işini bərpa ETDİ

21:41 - 18 May 2022

ABŞ Kiyevdəki səfirliyinin işini bərpa ETDİ

ABŞ Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından təxminən üç ay sonra Kiyevdəki səfirliyinin işini bərpa edib.

Manşet.az xəbər verir ki, diplomatik missiyanın işinin bərpası, eləcə də əməkdaşlarının sayı barədə təfərrüatlar verilmir.

Xatırladaq ki, fevral ayında ABŞ Dövlət Departamenti öz diplomatlarını Ukraynadan çıxarmaq və Kiyevdə konsulluq xidmətlərinin göstərilməsini dayandırmaq qərarına gəlib. Bu arada, son həftələrdə rəsmi Vaşinqtonun nümayəndələri dəfələrlə bəyan ediblər ki, ABŞ-ın Ukrayna paytaxtında diplomatik missiyası “çox yaxında” öz işini bərpa edəcək.

 


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin