Zərdabda narkotik tərkibli bitkilər aşkar edildi

13:53 - 28 İyun 2021

Zərdabda narkotik tərkibli bitkilər aşkar edildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbir zamanı rayonun Alıcanlı kəndi ərazisində çəkisi 1,4 tondan artıq olan 1275 ədəd çətənə kolu yandırılaraq məhv edilib.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin