PSJ yarımmüdafiəçi üçün 115 milyon avro təklif etdi

22:37 - 5 Yanvar 2024

PSJ yarımmüdafiəçi üçün 115 milyon avro təklif etdi

PSJ bu qış "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraesi heyətinə qatmaqda israrlıdır.

 

Manset.az  xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Paris təmsilçisi 26 yaşlı futbolçu üçün 115 milyon avro təklif edib. 

PSJ-nin baş məşqçisi Luis Enrike bu transferlə şəxsən maraqlanır. Ona görə də PSJ Gimaresi heyətinə qatmaq üçün əlindən gələni edir. "Nyukasl" isə futbolçusu ilə yolları ayrımaq istəmir.

"Nyukasl" ötən ilin oktyabr ayında Bruno ilə 2028-ci ilədək müqavilə imzalayıb. 

Qeyd edək ki, bu mövsüm Gimares 28 oyun keçirib, 1 qol vurub və 3 qolun ötürməsini verib.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin