Dolu düşüb, qar yağıb - Faktiki hava

10:18 - 8 Noyabr 2023

Dolu düşüb, qar yağıb - Faktiki hava

Noyabrın 8-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, Şahdağda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Külək: Tovuzda 26 m/s, Göyçay, Naftalanda 21 m/s, Ağstafada 20 m/s, Beyləqan, Gəncədə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Yağış: Qobustanda 32 mm, Astara, Lənkəran, Quba, Qusar, Şahdağ, Tərtər, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Yardımlıda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Dolu: Noyabrın 7-si saat 15:24 radələrində Qobustan rayonu ərazisinə xırda ölçülü dolu düşüb.

Noyabrın 8-i gündüz və 9-da ölkə ərazisində hava şəraitnin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin