Azərbaycanda naməlum kişi meyiti tapıldı

19:11 - 21 May 2023

Azərbaycanda naməlum kişi meyiti tapıldı

Ağstafa Rayon Polis Şöbəsinə Kür çayının Ağstafa rayonun Poylu qəsəbəsi hissəsindəki adacıqda naməlum meyit olması ilə bağlı məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, çay suyunun çəkilməsi nəticəsində naməlum kişi meyiti üzə çıxıb. Onun əlamətləri belədir: boyu 165 sm-dir, yaş 45-55, üzərində zorakılıq əlamətləri yoxdur, boğazında mənzil açarı var.

Naməlum şəxs barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, 0222252552, 0505834102 telefon nömrələrinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin