Yağış, dolu, sulu qar... - FAKTİKİ HAVA
4 May 2024
16:54 - 3 Dekabr 2022
Daşkəsəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, hərəkətdə olan “Niva” ilə “KamAZ” markalı yük avtomobili toqquşub. Nəticədə 1 nəfər ölüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Daşkəsən rayon Polis Şöbəsinə Daşkəsən-Gəncə yolunun 18-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Dərhal RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib, çətin hava şəraitində nəqliyyatın hərəkətini bərpa ediblər.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Xanlar Tağıyev dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam etdirilir.
Digər xəbərlər
Ən son xəbərləri səhifəmizdən də izləyin