Hindistan Ermənistana 245 milyonluq silah-sursat göndərir

10:47 - 29 Sentyabr 2022

Hindistan Ermənistana 245 milyonluq silah-sursat göndərir

Hindistan Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərəcək.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “The Economic Times” qəzeti yayıb.

Məlumata görə, sözügedən silah-sursat iki ölkə arasında sentyabrın əvvəlində imzalanan müqavilələr əsasında göndəriləcək.

Müqavilələrə əsasən, Hindistan Ermənistana yerli istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və silah-sursat partiyası göndərəcək. Bildirilir ki, bu müqavilə ilə Hindistan “Pinaka” sistemlərini ilk dəfə olaraq xarici ölkəyə satacaq.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin