Qalmaqallı oyunun cəzaları açıqlandı

17:52 - 3 Aprel 2024

Qalmaqallı oyunun cəzaları açıqlandı

Türkiyə Superliqasında baş tutan qalmaqallı “Trabzonspor” – “Fənərbaxça”  matçının cəzaları açıqlanıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə Peşəkar Futbol İntizam Komitəsi meydan sahibinə bundan sonra keçiriləcək 6 ev oyununu azarkeşsiz oynamaq cəzası verib.

Bundan başqa, “Fənərbaxça”nın 2 futbolçusu Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyunluq cəza alıblar. Osayi Samuelə isə cəza verilməyib.

Xatırladaq ki, Türkiyə Superliqasının 30-cu turunda keçirilən “Trabzonspor”-“Fənərbaxça” (2:3) qarşılaşmasında meydan sahibinin azarkeşləri futbolçulara hücum etmişdi.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin