İran 32 ölkə ilə vizanı ləğv edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İranın mədəni irs və turizm naziri İzzətullah Zərğami jurnalistlərə açıqlamasında bildirib:
“Turizm Nazirliyinin 32 ölkə ilə vizanın ləğvi ilə bağlı təklifi hökumət tərəfindən bəyənilib və müəyyən etdiyimiz prioritetlərlə vizaların birtərəfli qaydada ləğvi bu gün təsdiqlənib”.
Beləliklə, İran Tacikistan, Özbəkistan, Qırğızıstan və digər 29 ölkə vətəndaşları üçün vizaları birtərəfli qaydada ləğv edib.
Tehran habelə birtərəfli qaydada 17 Asiya ölkəsi, 6 Afrika ölkəsi, 5 Avropa dövləti və Latın Amerikasının daha 5 ölkəsinin vətəndaşlarına viza tələbini aradan qaldırıb. Asiya ölkələri arasında Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, Livan, Tunis, Malayziya və Sinqapuru qeyd etmək olar.
İran eləcə də Hindistan vətəndaşları üçün vizanı ləğv edib.
Əfsanə
Manşet.az