2023-cü ilin fevralında infarkt keçirən və ürəyi 24 dəqiqə dayanan Lauren Canaday adlı qadın həmin vaxt yaşadıqlarını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lauren həmin hadisədən sonra ölümdən qorxmadığını bildirib.
"Mən nə işıq, nə də tunel görmədim, amma dərin bir hüzur hissi keçirdim. Artıq ölümdən qətiyyən qorxmuram. Həyat və ölüm arasında çox incə bir cizgi olduğunu hiss edirəm və dostlarımla, ailəmlə daha çox vaxt keçirdiyimə görə minnətdar olsam da, artıq ölümdən narahat deyiləm. Həyatda tez-tez baş verən ağrılardan daha çox narahat oluram”.
Qeyd edək ki, bu inanılmaz nadir vəziyyətin səbəbini həkimlər hələ də izah edə bilmirlər. Bunu yaşayan insanların əksəriyyəti "qayıtdıqdan" sonra adətən çox yaşamırlar. Klivlend Klinikasına görə, 1982-ci ildən 2018-ci ilə qədər sənədləşdirilmiş 65 hadisədən yalnız 18-i tam sağalıb.

Əfsanə
Manşet.az