Şimali Koreya ABŞ-ın çağırışına reaksiya verdi: “Bu, heç vaxt baş verməyəcək”

12:26 - 30 Noyabr 2023

Şimali Koreya ABŞ-ın çağırışına reaksiya verdi: “Bu, heç vaxt baş verməyəcək”

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq ABŞ-ın dialoq çağırışına mənfi cavab verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kim Yo Conq “Biz heç vaxt ABŞ ilə üzbəüz danışıqlar aparmayacağıq” deyərək müstəqil dövlətin suverenliyinin müzakirə oluna bilməyəcəyini bildirib.

Kim Yo Conq verdiyi yazılı açıqlamada, ölkəsinin bir casus peyki buraxmasından sonra keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) iclasında, BMT-yə üzv olan bəzi dövlətlərin Şimali Koreyanın suverenlik haqqlarını inkar edən məntiqsiz arqumentlərinin nə qədər “zəif, yanlış və absurd” olduğunu ifadə edib. 

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az