Kamboca və Vyetnamın bombalanmasındakı rolu ilə məşhur olan şəxs 100 yaşında vəfat etdi

11:53 - 30 Noyabr 2023

Kamboca və Vyetnamın bombalanmasındakı rolu ilə məşhur olan şəxs 100 yaşında vəfat etdi

Soyuq müharibə dövründə ABŞ-ın dövlət katibi olmuş, Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Henri Kissincer 100 yaşında dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kissincer xüsusilə 1970-ci ildə Kambocanın bombalanmasında və cənubi Vyetnamın işğalında rolu ilə məşhur idi.

Nasist Almaniyasından qaçan yəhudi ailəsinin övladı olan Kissincer 1973-1977-ci illərdə Riçard Nikson və ABŞ-ın 38-ci prezidenti Cerald Fordun dövrlərini əhatə edən xarici işlər naziri, 1969-1975-ci illərdə isə milli təhlükəsizlik müşaviri vəzifələrində çalışıb.

Əfsanə

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az