İsrailin baş naziri Benyamin Netanyahu CNN International-ın canlı yayımında qonaq olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, CNN telekanalının aparıcısının Netanyahudan “Niyə məsuliyyəti üzərinizə götürmürsünüz?” sualı baş naziri qəzəbləndirib.
Netanyahu ABŞ-ı günahlandıraraq, sualın cavabının müharibədən sonra tapılacağını deyib
Diktor: Sizdən müsahibə alacağımı biləndən sonra İsraildən bir çox insan mənə müraciət etdi. Sizdən eşitmək istədikləri tək şey 7 oktyabr hücumlarının qarşısını ala bilməmək və xalqınızı qorumaqda uğursuz olmağınızla bağlıdır. Şəxsi məsuliyyəti öz üzərinizə götürəcəksiniz? Buna sıra müharibədən sonra gələcək dediz. Amma niyə indi məsuliyyəti üzərinizə götürmürsüz?
Netanyahu: Mən buna dəfələrlə cavab vermişəm. Dedim ki, bu suala müharibədən sonra cavab veriləcək.
Aparıcı: Niyə indi olmasın?
Netanyahu: İnsanlar vaxtilə Franklin Ruzvelt, Pearl Harbordan sonra bu sualı verdilər? 11 sentyabr hücumlarından sonra Corc Buşa sual verildimi? Bəli, verilməli olan sualdır.
Əfsanə
Manşet.az