İsrailin baş naziri Benyamin Netanyahu bu gün keçirdiyi mətbuat konfransında ərəb liderlərini üstüörtülü təhdid edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Netanyahu Qəzzaya edilən hücumlara reaksiya verən ərəb liderlərinə "Mənfəətlərinizi qorumaq istəyirsinizsə, susun" deyərək reaksiya verib.
Daha əvvəl Qəzzanı işğal etmək planını açıqlayan Netanyahu bölgədə dominant İsrail ordusunun təsirinin olması lazım olduğunu təkrarlayıb.
Həmçinin, o, Qəzzanın idarəçiliyinin Fələstin rəhbərliyinə verilməyəcəyini nəzərdə tutub.
Əfsanə
Manşet.az