"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin həyat yoldaşı və meneceri Wanda Nara ölkəsində qatıldığı "Ulduzlarla rəqs" proqramında verdiyi açıqlamalarla gündəmə gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nara İkardinin "Qalatasaray"la transfer danışıqları davam edərkən leykoz xəstəliyinə tutulmasından danışıb.
Wanda Nara sarı-qırmızılıların ulduzu ilə münasibəti ilə bağlı bunları deyib: "Birlikdə çox şey yaşadıq. Bu qədər müddətdən sonra əsl sevginin nə olduğunu görürəm. Xəstələndiyimdən bəri onun gecələri yuxudan oyandığını görürəm. İndi İstanbulda olmadığım üçün məşqdən sonra o, uşaqların qayğısına qalır. Birlikdə 10 yaşımızı qeyd etməmişdən az əvvəl mənə xəstəlik diaqnozu qoyuldu. Yadımdadır, səhər saat 4-də oyandım və Mauronu əlində telefonla müalicə axtararkən tapdım. Dəli olmuşdu, yata bilmirdi. Həyat sizi əsl sevgini görəcəyiniz vəziyyətlərlə qarşı-qarşıya gətirir".
Əfsanə
Manşet.az