Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron yeni xarici işlər naziri olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniyanın baş naziri Rişi Sunak Fələstinə dəstək nümayişlərini qadağan etməyə çalışan daxili işlər naziri Suella Bravermanı vəzifəsindən azad etdikdən sonra yerinə xarici işlər naziri Ceyms Kleverli təyin edib. Keçmiş baş naziri Devid Kemeron yeni xarici işlər naziri olub.
Qeyd edək ki, David Kemeron 2010-2016-cı illər arasında baş nazir vəzifəsində çalışıb və 23 iyun 2016-cı ildə Avropa İttifaqının (Aİ) referendumunda Brexit qərarının qəbul edilməsindən sonra istefa verib.
Əfsanə
Manşet.az