İranda terrorçuluqda ittiham olunan 3 nəfər edam edildi

14:59 - 13 Noyabr 2023

İranda terrorçuluqda ittiham olunan 3 nəfər edam edildi

İranın Sistan-Bəlucistan əyalətində rejim müxalifi “Ceyşul Ədl”ə mənsub olduqları iddia edilən 3 nəfər “terror aktları” törətdikləri üçün edam edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sistan-Bəlucistan baş prokuroru Əli Mustafavi Niya məsələ ilə bağlı məlumat verib.

Mustafavi Niya sözügedən şəxslərin 29 yanvar 2019-cu ildə Zahedan şəhərində polis bölməsinə, 25 iyun 2019-cu ildə isə patrul xidmətində olan hərbi avtomobilə bombalı hücum təşkil etdiyini bildirib.

Qeyd edək ki, İranın Pakistan və Əfqanıstan sərhəddində yerləşən Sistan-Bəlucistan əyaləti son illərdə "bölgədə sünni bəluc xalqının hüquqlarını müdafiə etdiyini" iddia edən və ölkədə terror təşkilatı kimi qəbul edilən "Ceyşul Adl" ilə İran təhlükəsizlik qüvvələri arasında toqquşmalara səhnə olub.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az