Qorxulu görüntü: Günəş qırmızıya çevrildi

10:46 - 7 İyun 2023

Qorxulu görüntü: Günəş qırmızıya çevrildi

Kanadada günlərlə davam edən meşə yanğınlarının tüstüsü ABŞ-ın şimal-şərq ştatlarını təsir altına alıb.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da yanğınlar səbəbindən günəşin rəngi qırmızıya çevrilib.

Bütün gün dumanlı havaya səbəb olan yanğın tüstüsü Nyu-York və Nyu Cersi bölgələrində hiss edilib.

Nyu York şəhəri və ətrafında 0-50 hava keyfiyyəti yaşıl, 50-100 sarı, 100-150 narıncı, 150 və yuxarı olanlar qırmızı və bənövşəyi rənglə işarələnir, bu da sağlamlıq üçün təhlükəyə səbəb olduğu üçün əhaliyə çölə çıxmamaq barədə xəbərdarlıq edilib.

Hazırda Kanadada 413 meşə yanğını aktivdir və nəticədə 26 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Manşet. az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin