82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

16:07 - 30 Aprel 2024

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Bu gün Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. 

 

Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, bununla bağlı valideynlərə SMS bildirişləri göndərilib.

Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər 1 may 2024-cü il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin