Azərbaycanda 17 yaşlı oğlan bacısını qətlə yetirdi

20:48 - 20 May 2023

Azərbaycanda 17 yaşlı oğlan bacısını qətlə yetirdi

Mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Cəlilabad rayon prokurorluğundan Manset az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Ş-nın qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, M.Ş şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin