Yağış, dolu, sulu qar... - FAKTİKİ HAVA
4 May 2024
14:07 - 29 May 2022
Rumıniya ən çox ukraynalı qaçqınlara ev sahibliyi edən ölkədir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Rusiyanın hücumlarından qaçaraq sərhədlərinə gələn bir milyondan çox ukraynalı mülki vətəndaşa qapılarını açdıqlarını və yük maşınları ilə Ukraynadakı müharibə qurbanlarına humanitar yardım çatdırdıqlarını bildirib.
Ukraynadan indiyədək 1 milyon 50 min insanın Rumıniya sərhədinə gəldiyini qeyd edən Auresku, "Münaqişələrdən qaçaraq sərhədlərimizə gələn bütün ukraynalıları qəbul etdik. Bir milyondan çox insana pulsuz yer, yemək, tibbi xidmət göstərdik. Uşaqların məktəbə pulsuz qəbulunu təmin etdik. Eyni zamanda əlilliyi olan universitet tələbələrinə də təhsillərini davam etdirməyə şərait yaradıldı" deyib.
Rumıniyanın ukraynalı qaçqınlara ayırdığı yardımın məbləğinin artıq 75 milyon avroya çatıb.
O, yardımlarını təkcə ölkəyə gələn qaçqınlarla məhdudlaşdırmadıqlarını, həm də Ukraynadakı humanitar vəziyyətlə bağlı araşdırmalar apardıqlarını bildirib.
Digər xəbərlər
Ən son xəbərləri səhifəmizdən də izləyin