Adrian Mutu istefa verdi

18:35 - 3 Aprel 2024

Adrian Mutu istefa verdi

"Neftçi"nin sabiq rumıniyalı baş məşqçisi Adrian Mutu yenidən işsiz qalıb.

 

Manset.az İdman.Biz-ə istinadən bildirir ki, yerli ÇFR-i çalışdıran mütəxəssis istefa verib.

Buna səbəb Rumıniya kubokunun 1/4 final mərhələsində səfərdə 2-ci liqa klubu "Hunedoara"ya məğlubiyyət olub. Kluj təmsilçisi 0:4 hesablı darmadağına üzülüb.

Qeyd edək ki, "Neftçi"dən ayrıldıqdan sonra ÇFR-ə rəhbərlik etməyə başlayan Mutunun bu klubda fəaliyyəti cəmi 2 ay 4 gün çəkib.
 


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin