Fatih Terim Bakıda
15 Noyabr 2024
22:24 - 10 Oktyabr 2021
"Ermənistan İrandan Gürcüstana yeni tranzit yolu yaratmağı planlaşdırır. Bu yolun tikintisində iştirak etməyə hazır olduğumuzu bəyan etmişik".
Manset.az xəbər verir ki, İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi bildirib ki, Tehran Ermənistan vasitəsilə Gürcüstana yeni tranzit yolunun tikintisində ermənilərlə birgə iştirak etməyə hazırdır.
Xeyrullah Xademi İrəvanın İrandan Gürcüstana yeni tranzit marşrutu yaratmağı planlaşdırdığını və bunun 21 kilometrinin Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoluna alternativ olacağını bildirib. O xatırladıb ki, Gorus-Qafan yolunun Azərbaycanın ərazisinə düşən 21 kilometrlik hissəsində iranlı sürücülərdən müəyyən gömrük haqqı alınır:
"Ən qısa zamanda alternativ marşrut yaratmaq lazımdır ki, yol artıq Azərbaycan ərazisindən keçməsin, bu da ermənilər üçün çox vacibdir və onların ehtiyaclarını ödəyir. İranla Ermənistanı buirləşdirəcək "Qafqaz dəhlizi" 2 ölkənin yol problemini həll edəcək".
Ermənilərin iddiasına görə, guya, "Qafqaz dəhlizi" layihəsi gerçəkləşsə, bu, İranın Avropaya yalnız Ermənistan və Gürcüstan əraziləri vasitəsilə çıxışı demək olacaq. Plana görə, "Qafqaz dəhlizi" İran limanlarını Gürcüstan limanları ilə birləşdirməlidir. Eyni zamanda, mallar Hindistan və Çindən İran limanlarına, oradan dəmir yolu və avtomobil yolu ilə - Ermənistan və Gürcüstana aparıla bilər. Gürcüstandan isə konteynerlərdə - Bolqarıstan və Yunanıstan limanlarına yola salına bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin