Fatih Terim Bakıda
15 Noyabr 2024
20:29 - 10 Oktyabr 2021
Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 34 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bu barədə regionun aidiyyəti orqanları məlumat yayıb.
Bu gün yerli vaxtla saat 19:00-a (Bakı vaxtı ilə saat 20:00-red) olan məlumata görə, ümumilikdə 67 nəfər saxta içkidən zəhərlənib. Onlardan 34-ü ölüb, 24 nəfər xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onların 11-nin vəziyyəti qənaətbəxşdir, 6 nəfər yaxın vaxtlarda evə buraxılacaq.
Qeyd edilir ki, saxta alkoqollu içkidən zəhərlənənlərin 2-nin vəziyyəti orta ağırdır, 7 nəfər ağır vəziyyətdədir. Məlumata görə, daha 9 nəfər ambulator müalicə edilib.
Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub.
Hadisə ilə bağlı Vilayətin İstintaq Komitəsi tərəfindən bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin