Azərbaycan NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
24 Noyabr 2024
14:10 - 9 Oktyabr 2021
2021-ci ildə bütün dünyada yüksək qiymət artımları müşahidə edilir. Ərzaq və qeyri-ərzaq mallarının əksəriyyətinin qiymət artımları elə bir səviyyəyə çatıb ki, artıq bütün hökumətlər bundan narahat olmağa başlayıb.
Qiymət artımlarına təsir edən əsas faktorlar enerji daşıyıcılarının və bəzi əsas əmtəələrdə təklifin az olmasıdır. Müxtəlif amillərin təsiri ilə ərzaq qiymətləri 33 faiz, metalların əksəriyyəti isə 20 faizdən çox dəyər qazanıb.
Manşet.az sfera.az-a istinadən xəbər verir ki, yüksək qiymət artımlarının 2022-ci ilin birinci yarısında da davam etməsi realdır. Proqnozlara əsasən, əgər enerji qiymətlərində artım davam edərsə və qlobal miqyasda tələb bir qədər də güclənərsə, yüksək qiymət artımları daha bir neçə ay davam edəcək.
Əmtəə bazarlarında baş verən qiymət dəyişiklikləri göstərir ki, son bir ilin müqayisəsində qiymətli metallar istisna olmaqla, bütün əsas məhsullar bahalaşıb. Bahalaşma sürəti həmin məhsullarda orta hesabla 40 faizi ötür.
Son bir ildə enerji məhsullarının qiyməti xeyli artıb. Mazut (107 faiz və ya 2,07 dəfə), qazoyl (105 faiz, yaxud 2,05 dəfə), təbii qaz (104 faiz və ya 2,04 dəfə), benzin (97 faiz), neft (96 faiz) kəskin şəkildə bahalaşıb.
Əlvan metallardan qalay 98 faiz, alüminium 62 faiz, mis 39 faiz, sink 30 faiz, nikel 26 faiz, qurğuşun 22 faiz dəyər qazanıb.
Ərzaqlardan son bir ildə soya yağı 80 faiz, kofe 80 faiz, pambıq 63 faiz, şəkər 43 faiz, qarğıdalı 34 faiz bahalaşıb.
Son bir aya diqqət yetirdikdə qiymət artımlarının davam etdiyi, xüsusən də enerji qiymətlərinin nəzərəçarpacaq dərəcədə bahalaşması müşahidə edilir. Əmtəələrdəki mövcud bahalaşma inflyasiya gözləntilərini də artırdığından ekspertlər böyük qiymət artımlarının 2022-ci ilin ilk yarısında da görünəcəyini proqnozlaşdırır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin