Həmkarı ilə dalaşdığı veriliş ona da qismət olmadı

22:51 - 8 Oktyabr 2021

Həmkarı ilə dalaşdığı veriliş ona da qismət olmadı

Müğənni Demet Akalın aparıcılığını etdiyi "Gelinim mutfak" proqramından ayrılıb.

Manşet.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı artıq 10 gündür verilişdən imtina etdiyini bildirib. Buna səbəb proqramın çəkim müddətinin çox olması olub. Demet çəkilişlərin 2 yox, 3 gün davam etməsinə razı olmadığını açıqlayıb.

Hazırda onun yerinə Gülbən Ərgən və Songül Karlı təklif olunub.

Qeyd edək ki, "Gelinim mutfak"ın bu günə qədər 4 aparıcısı olub. D.Akalın proqrama mübahisə yaşadığı həmkarı Seda Sayanın aparıcılıqdan ayrılmasından sonra qatılıb. Seda da öz növbəsində Demetin eyni adlı proqramının aparıcısı olub. Veriliş üstündə başlayan mübahisənin ardından D.Akalın həmkarını, daha sonra isə S.Sayan müğənnini İnstaqramdan silib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin