Gürcüstanda növbəti aksiyanın anonsu verildi

22:46 - 8 Oktyabr 2021

Gürcüstanda növbəti aksiyanın anonsu verildi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin azad olunması tələbi ilə oktyabrın 10-da yerli vaxtla saat 17:00-da Tbilisidə Rustaveli prospektində aksiya keçiriləcək.

Manşet.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə “Qanun və ədalət” müxalifət partiyasının rəhbəri, millət vəkili Tako Çarkviani bildirib.

Aksiya Çarkviani tərəfindən yaradılmış “Xalq hərəkatı” tərəfindən keçiriləcək. Artıq Saakaşvilnini azad olunması ilə bağlı imzatoplama kampaniyası başladılıb.

Çarkvianinin sözlərinə görə, etiraz aksiyası hökumətə xəbərdarlıq xarakteri daşıyacaq. Daha sonra etirazçılar növbədənkənar seçkilərin keçirilməsini tələb edəcəklər.

O bildirib ki, növbəti aksiya 14 oktyabra planlaşdırılır.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin