Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
23:37 - 24 Yanvar 2024
"Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası" təsdiq edilib.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qərar imzalayıb.
Sənədə əsasən, Azərbaycanda ödəniş və elektron pul təşkilatları onların xidmətlərindən istifadə edən şəxslərə kredit verə biləcək.
Belə ki, kredit köçürməsi (ödəniş tapşırığı), birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş əməliyyatını aparan təşkilat tərəfindən təşkilatın ödəniş xidmətindən istifadə edən ödəniş xidməti istifadəçisinə kredit verilə bilər.
Kredit Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, aşağıdakı tələblər gözlənilməklə verilir:
Bu qayda nəzərə alınmaqla, kredit bir ödəniş əməliyyatı üzrə 50 (əlli) manatdan çox olmamaqla yalnız milli valyutada 2 (iki) aydan çox olmayan müddətə verilir;
Alınan kredit tam geri qaytarılmayanadək həmin ödəniş xidməti istifadəçisinə yeni kredit verilmir;
Təşkilatın məcmu kapitalı bu qayda ilə müəyyən edilən tələblərdən aşağı olduqda kredit verilmir;
Verilmiş kreditlərin ümumi məbləği təşkilatın məcmu kapitalının 10%-dən çox ola bilməz;
Kredit verildiyi tarixdən 2 (iki) ay ərzində qaytarılmadıqda ümidsiz aktiv hesab edilir və belə kreditlərin həcmi verilmiş kreditlərin ümumi məbləğinin 10%-ni aşdıqda təşkilat tərəfindən kredit verilmir.
Bu qayda ilə müəyyən edilən tələblər çərçivəsində ödəniş xidməti istifadəçilərinə verilən kreditlər yalnız təşkilatın öz vəsaitləri hesabına maliyyələşdirilir. Təşkilat ödəniş xidməti istifadəçilərindən qəbul edilən vəsait hesabına kredit verə bilməz.
Təşkilat verilmiş kreditlər barədə hesabatı aylıq əsasda növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq, bu qaydaya uyğun olaraq Mərkəzi Banka təqdim edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin