Nobelə layiq görüldüyünə inanmadı

19:44 - 8 Oktyabr 2021

Nobelə layiq görüldüyünə inanmadı

Tanzaniya əsilli Böyük Britaniya yazıçısı Abdulrazak Qurna Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Manşet.az xəbər verir ki, yazıçı xəbəri telefonda alıb.

Amma A.Qurna bu xəbəri zarafat zənn edib. Tez-tez zarafata məruz qaldığı üçün yazıçını inandırmaq asan olmayıb.

O bildirib ki, zəng gələndə özünə çay hazırlayırmış. Zarafat olduğunu düşündüyü üçün zəng edən komitə nümayəndəsinə “Məndən əl çəkin” deyib.

Yazıçını inandırmaq üçün 10 dəqiqə vaxt sərf olunub.

Qeyd edək ki, Nobel mükafatı komitələri namizəd siyahılarını gizli saxladığı üçün qaliblər xəbəri adətən telefonla öyrənir.

Xatırladaq ki, o, mədəniyyətlər və qitələr arasındakı uçurumda müstəmləkəçiliyin təsirlərinə, mühacirlərin taleyinə barışmaz və şəfqətli anlayışına görə bu mükafata layiq görülüb. 

A.Qurna 1948-ci ildə anadan olub və Zənzibar adasında böyüyüb başa çatıb. 1960-cı illərin sonlarında qaçqın kimi Böyük Britaniyaya gedib. Bu yaxınlaradək Kenterberidəki Kent Universitetində professor idi.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin