“Vətəndaşlar müharibə ilə bağlı suallara cavab almalıdır” - Paşinyan

18:32 - 8 Oktyabr 2021

“Vətəndaşlar müharibə ilə bağlı suallara cavab almalıdır” - Paşinyan

“Ölkə vətəndaşları İstintaq Komitəsindən 2020-ci ilin payızında Qarabağdakı hərbi əməliyyatlar ilə bağlı hərtərəfli cavab almalıdırlar”.

Manşet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İstintaq Komitəsinin əməkdaşları ilə görüşdə deyib. 

“Cəmiyyətimiz 44 günlük müharibə ilə bağlı bütün suallara və şərtlərə hərtərəfli cavab almalı, baş verən bütün mənzərəni aydınlaşdırmalıdır. Əlbəttə, düşünürəm ki, biz bu cavabları yalnız İstintaq Komitəsindən gözləməməliyik. Çünki məsələ daha geniş kontekstə sahibdir”, - deyə Paşinyan qeyd edib.

N.Paşinyan müharibənin nəticələri ilə əlaqədar cinayət işlərinin effektiv araşdırılmasına böyük əhəmiyyət verdiyini də vurğulayıb.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin