Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
01:18 - 23 Yanvar 2024
“Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 19-cu turunun "Zirə" ilə (0:0) matçından sonra mətbuat konfransında iştirak edib.
Manset.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının bu görüşdəki çıxışını dəyərləndirib:
"Bu gün dinamik oyun var idi. Hər iki komanda həm hücumda, həm də müdafiədə taktiki cəhətdən savadlı oynamağ çalışırdı. Belə havada topa nəzarət etmək çətindir. İkinci yarıda futbolçularım topu yerə salaraq, nəzarət etməyə çalışırdı. Futbolçularıma təşəkkür edirəm ki, bacardıqlarından da çoxunu etdilər. Meydanda komanda şəklində xarakter göstərə bildik. Fasilədən sonra ilk oyunumuz idi. Heç-heçə oyuna yaraşırdı.
Qollu heç-heçə olsaydı, daha yaxşı idi. Hər iki komanda bir xal qazandı. Heç bir komanda itirmədi. Liderlərin oyunu idi. Heç bir komanda xal itirmək istəmirdi. Bu cür komandaların oyunları altı xallıqdır. İtkilər qayıtmayıb. İlk dəfədir ki, üçlü mərkəz müdafiəçisi ilə oynayırdıq. Bu da futbolçularımızın olmaması ilə bağlıdır. Yeni transferlər dünən gəlib. Təəssüf ki, Antalya toplanışında bizimlə olmayıblar. Məncə, bu gün sistemimiz işlədi. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq. Hər bir xal bizə kömək edəcək".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin