İlham Əliyev bu tanınmış şəxslərə yeni vəzifələr verdi - SƏRƏNCAM
13 May 2024
18:03 - 19 Yanvar 2024
2000-ci illərdə "Sev" mahnısı ilə məşhurlaşan müğənni Şeyla illər sonra efirə çıxıb.
Manset.az bizim.media-ya istinadən xəbər verir ki, ABŞ-a köçən Şeyla videozəng vasitəsi ilə "Sabahın xeyir, Azərbaycan" verilişinin canlı efirinə qoşulub.
Keçmiş ifaçı "Amazon"da çalışdığını və ailə quraraq 2 övladının olduğunu bildirib:
"15 ildir ki, Azərbaycandan köçmüşəm. Elə bilirlər, mən rəhmətə getmişəm. Məqsədim məşhurluq olmayıb. 20 yaşım var idi, özümü ifadə etmək istəyəndə mahnı yazdım. Münbit şərait yaradılsaydı, davam edərdim. Ona görə də musiqidən uzaqlaşıb, başqa sənətlə məşğul oldum".
Qeyd edək ki, sözügedən bəstə bir çox müğənnilər tərəfindən repertuarlarına salınaraq ifa olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin