Hava kəskin pisləşir - Bu tarixdən leysan və qar yağacaq
15 Noyabr 2024
23:55 - 7 Oktyabr 2021
Fransanın Avstraliya ilə əlaqələrindəki dərin böhran uzun müddət davam edəcək, inamı geri qaytarmaq və problemləri həll etmək üçün isə konkret addımlar atılmalıdır.
Manşet.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yazılıb.
Nazirlik qeyd edib ki, Fransa səfirinin Kanberradan geri çağırılmasından sonra diplomatla hərtərəfli məsləhətləşmələr aparılıb.
“Avstraliyanın qərarından qaynaqlanan dərin böhran uzun müddət davam edəcək və həll edilməsi üçün konkret addımlar tələb edəcək”, - Fransa XİN-ni vurğulayıb.
Qeyd edək ki, Avstraliya daha əvvəl İngiltərə və ABŞ ilə AUKUS platforması çərçivəsində müdafiə və təhlükəsizlik sahələrində tərəfdaşığın qurulmasını və Fransanın “Naval Group” şirkəti ilə sualtı qayıq müqaviləsindən çıxdığını elan edib.
“Əsrin Müqaviləsi” adlandırılan 90 milyard Avstraliya dolları (56 milyard avro) həcmində olan müqavilər Barracuda tipli 12 hücum sualtı qayığının istehsalını nəzərdə tuturdu.
Fransa Xarici İşlər Naziri Le Drian Avstraliyanın bu addımını “arxadan vurulan zərbə” adlandırıb.
Paris həm Avstraliyadan, həm də ABŞ-dan izahat gözləyir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin