COP29 zolaqlarına girənləri bu cərimələr gözləyir - Qadağa qüvvəyə mindi
1 Noyabr 2024
17:01 - 17 Yanvar 2024
Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 526,8 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 7,3% artıb.
Manset.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6%, avtomobil benzininin istehsalı 13,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 12,3%, neft koksunun istehsalı 10% artıb.
Qeyd olunur ki, 2023-cü ildə ölkədə neft bitumu istehsalı 19,1%, mazut istehsalı isə 92,7% azalıb.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2023-cü ildə istehsal edilib |
Əvvəlki ilə nisbətən, faizlə |
01.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
1 464,2 |
113,4 |
45,9 |
Ağ neft, min ton |
594,4 |
104,1 |
26,2 |
Qazoyllar (dizel yanacağı), min ton |
2 311,2 |
112,3 |
77,2 |
Mazut, min ton |
5,7 |
7,3 |
1,7 |
Sürtkü yağları, min ton |
59,1 |
131,6 |
3,0 |
Maye qazlar, min ton |
236,4 |
96,8 |
4,1 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
1 119,3 |
84,5 |
57,6 |
ondan: |
|||
neft bitumu, min ton |
277,7 |
80,9 |
5,1 |
neft koksu, min ton |
231,6 |
110,0 |
48,1 |
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin